Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həyata keçirilən vergi islahatları dayanıqlı inkişafa töhfə verir

Həyata keçirilən vergi islahatları dayanıqlı inkişafa töhfə verir

Bakı, 11 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2005-ci il fevralın 1-də imzaladığı Sərəncamla hər il fevralın 11-i Azərbaycanda vergi xidməti əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, ötən əsrin 90-cı illərinin əvvəlində yenidən müstəqillik əldə edən Azərbaycan Respublikasında vergilərin, digər icbari ödənişlərin tam və vaxtında səfərbər edilməsi, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarətin təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında ölkədə vergi nəzarəti sisteminin təkmilləşdirilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil orqan - Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.

Müstəqil Azərbaycanda iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti meydana çıxırdı. Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin yenidən qurulmasına başlanılıb.

Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin bilavasitə tapşırığı əsasında vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsi hazırlanıb. 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb.

Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə formalaşdırılmış vergi sistemi ölkəmizdə iqtisadi keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynayıb və səmərəli idarəetmə sisteminə çevrilib. Bununla da ölkəmizin vergi sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu vergi sistemi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoyub. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq daim təkmilləşdirilir. Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi inzibatçılığı təkmilləşdirilib, sahibkarlar üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib.

2019-cu ildən başlayaraq vergi orqanlarının işində yeni hədəflər müəyyənləşdirilib və bu istiqamətlərdə əsaslı irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran

vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bildirmişdi ki, vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır: “Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik.

Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır.

Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”.

Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq 2019-cu ildə vergi sistemində ciddi dəyişikliklər və islahatlar, o cümlədən yeni yanaşmalar tətbiq olunmağa başlayıb. 2019-cu ildə iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin “kölgə”dən çıxmasına mühüm təkan verib. 2019-cu il bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır.

2019-cu ildə Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirə zamanı əldə edilmiş nəticələri xüsusi vurğulayıb: “Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır”. 2005-ci ildən bəri ilk dəfə olaraq, 2019-cu ildə qeyri-neft sektorunda vergi yığımı proqnozunun ən yüksək göstəricisinə - 109 faizə nail olunub.

Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verərək adaptasiya prosesindən uğurla keçdi. Təhlillər göstərir ki, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin əhəmiyyətli hissəsinin “ağarması” prosesi sürətləndi. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verdi.

2020-ci il iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm il oldu. Vergi sistemi həyata keçirilən islahatların bilavasitə əsas iştirakçılarından biri olmaqla, tənzimləmə, nəzarət və həvəsləndirmə alətləri ilə sahibkarlığın inkişafında, iqtisadiyyatın

şəffaflaşdırılması prosesində fəal iştirak etdi. Xüsusilə Vətən müharibəsində böyük Zəfərlə əlamətdar olan 2020-ci il dövlətimizin iqtisadi qüdrətinin dayanıqlı əsasları olduğunu bir daha sübut etdi. Bu dövrdə müharibə zonasında olan sahibkarlar üçün əsaslı təşviqlər, şəhid ailələrinə güzəştlər və azadolmalar verildi. O cümlədən, pandemiyadan zərər çəkənlər üçün dövlət dəstəyinin təmin edilməsində vergi orqanları fəal iştirak etdi.

Hazırda vergi qanunvericiliyində sosial islahatlara adekvat cavab verən güzəştlərin və imtiyazların sayı getdikcə artır. İqtisadi tənzimlənmədə mühüm rol oynayan vergi sistemi sahibkarlığın inkişafının əsas hədəflərdən biri olmaqla işgüzar aktivlik, biznesin çevikliyi və sosial islahatlar üçün möhkəm bünövrə yaradır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirmişdi ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz

önündədir: “….vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard manat pul cəlb ediblər, onun hamısı və artıqlaması ilə sosial məsələlərin həllinə yönəldilib. Mən əvvəllər də demişəm ki, əlavə vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zamanda, azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir”.

Ölkədə iqtisadi artımın bərpası, qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfələr verməkdə davam edir. 2022-ci ildə vergi

daxilolmaları əhəmiyyətli dərəcədə artaraq, ilk dəfə olaraq, 15 milyard manatı ötüb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 8 milyard manata çatıb. Qeydə alınan bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu var. Diqqətçəkən məqamlardan biri odur ki, vergi daxilolmalarının 90 faizdən çoxu könüllü ödəmələrin payına düşür. Bu, o deməkdir ki, daxilolmaların çox cüzi faizi müxtəlif nəzarət tədbirlərinin hesabına təmin edilir. Qeyri-neft sektorunda bu rəqəm daha da yüksəkdir. Əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, vergi sistemi müəyyənləşdirilmiş hədəflərə doğru uğurla inkişaf edir və dayanıqlı iqtisadiyyatın təmin edilməsinə davamlı töhfələr verir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL