“Heydər Əliyev – BDU-nun dünyaşöhrətli məzunu” adlı esse müsabiqəsi davam edir
Bakı, 11 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbələri arasında Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - BDU-nun dünyaşöhrətli məzunu” adlı esse müsabiqəsinə qəbul davam edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplom və pul mükafatı veriləcək. I yer- 700 manat; II yer- 500 manat; III yer- 300 manat.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində yer alacaq. Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89, e-mail: [email protected]