HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
Avqustun 13-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana ikigünlük rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Tacikistanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistan dövlətinin başçısını təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Tacikistan Prezidentinə gül dəstəsi təqdim etdilər.
Mərasimdən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Emoməli Rəhmon və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
Tacikistan Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə şəhərə yola düşmüşdür.