HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
gəlmişdir. Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran dövlətinin başçısını təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar. Prezident Mahmud Əhmədinejad Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamları ilə də görüşdü.
Milli geyimli uşaqlar İran Prezidentinə gül dəstəsi təqdim etdilər.
Mərasimdən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Mahmud Əhmədinejad və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
İran Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə şəhərə yola düşmüşdür.