Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV ADINA PARK SAKİNLƏRİN SEVİMLİ İSTİRAHƏT YERİDİR

HEYDƏR ƏLİYEV ADINA PARK SAKİNLƏRİN SEVİMLİ İSTİRAHƏT YERİDİR

Prezident İlham Əliyev oktyabrın 4-də Şirvan şəhərində ulu öndərin adını daşıyan parkla tanış olmuşdur.

Bu park şəhər sakinlərinin ən sevimli istirahət guşələrindən biridir. Buradakı oturacaqlar yeniləşdirilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Fəvvarələr, şəlalə isə parka xüsusi gözəllik verir. Bir sözlə, burada Şirvan sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaxşı şərait yaradılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda şəhərin bir qrup təhsil işçisi ilə görüşdülər.

Şəhər 21 nömrəli orta məktəbin müəllimi SƏADƏT QULİYEVA dövlətimizin başçısına müraciətlə dedi:

-Cənab Prezident, bizim şəhərimizə xoş gəlmisiniz. İlham müəllim, çox gözəl təsadüfdür ki, bu gün, bizim bu gözəl günümüzdə gəlmisiniz. Biz Müəllimlər gününü qeyd etməyə hazırlaşırıq, sevincimizin həddi-hüdudu yoxdur. Bax, belə gözəl gündə Siz bizə yeni hədiyyə etdiniz. Mehriban xanım, sizi də görməyimizə çox şadıq.

Bizim bu şəhərdə aparılmış abadlıq işlərini öz gözünüzlə gördünüz.

İLHAM ƏLİYEV: Çox gözəl işlər görülür.

SƏADƏT QULİYEVA: Biz bütün bunlara görə həmişə Sizə minnətdarıq. Bu işlər respublikanın bütün yerlərində görülür. Hamı bütün rayonlar haqqında gözəl sözlər deyir. Amma hamısı Sizin adınızla bağlıdır.

Son vaxtlar şəhərimizin nailiyyətləri çoxdur. Ona görə ki, bu il təhsil üzrə göstəricilərimiz yüksəkdir. Bu il 23 nəfər şagird 600-dən yuxarı, Nurlan adlı oğlan isə 700 bal toplayıbdır. Üç nəfər də Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

Biz bununla çox fəxr edirik. İnanırıq ki, gələcəkdə şəhərimiz daha da gözəlləşəcəkdir. Bu parkı da ulu öndərin adına layiq saxlamağa çalışırıq. Həmişə Sizin görüşlərinizi televiziyada, hər yerdə izləyirik. Fəxr edirik ki, bizim Prezidentimiz xanımı ilə birlikdə adımızı bütün dünyada ucaldır. Sizinlə doğrudan da fəxr edirik.

ƏZİZƏ MƏMMƏDOVA (Şəhər Qadınlar Şurasının sədri): Sevincimin həddi-hüdudu yoxdur. Çünki bu, mənim ən gözəl günümdür. Təsadüfə baxın, Siz məni “Tərəqqi” medalı ilə təltif etdiniz. Ömrüm boyu Sizə minnətdaram.

İLHAM ƏLİYEV:Təbrik edirəm.

ƏZİZƏ MƏMMƏDOVA: Çox sağ olun. Sabah Müəllimlər günüdür, təntənəli şəkildə qeyd edəcəyik. Yüz yaşayın. Sizi Ulu Tanrı özü qorusun. Əgər Ulu Tanrı Sizi bu yüksək təbəqəyə layiq görürsə, biz ömrümüz boyu minnətdar olacağıq və Sizi həmişə dəstəkləyirik.

ALMAZ MAHMUDOVA (müəllimə): Bizim maaşlarımızı artırmısınız. Sizə buna görə minnətdarıq. Siz həmişə müəllimlərin qayğısına qalmısınız.

İLHAM ƏLİYEV: Mən sizi təbrik edirəm. Müəllim uşaqların tərbiyə olunmasında əsas rol oynayır. Ona görə indi Azərbaycanda təhsil məsələlərinə çox böyük diqqət göstərilir. Həm yeni məktəblər tikilir, həm də müəllimlərin sosial vəziyyəti yaxşılaşır. İndi yeni imzalanmış Sərəncamda bir neçə müəllimin fəaliyyəti qiymətləndirilibdir. Həm medal, həm də fəxri adlar verilibdir. Bu, lazımdır. Təhsil bizim gələcəyimizin, uğurlu gələcəyimizin əsasıdır. Təhsildən çox şey asılıdır. Həm bilik, həm savad, həm də tərbiyə. Uşaqlar həm bilikli, həm savadlı olmalıdır, həm də vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Yəni bütün bunlar məktəb illərində həll olunur və müəllimlərdən çox şey asılıdır. Azərbaycanda müəllimlərin sayı çoxdur və onların sosial vəziyyəti ildən-ilə yaxşılaşmalıdır.

Bütün məktəblər təmir olunacaqdır. Son illər ərzində 1500 yeni məktəb tikilib, yüzlərlə məktəb əsaslı təmir olunubdur. Növbəti illərdə bu, davam etdiriləcəkdir. Hələ elə məktəblər var ki, onlar yararsız vəziyyətdə, qəza vəziyyətindədir. İndi xüsusi proqram icra olunur. Bütün rayon və şəhərləri, o cümlədən Şirvanı da nəzərdə tutur. Hesab edirəm ki, növbəti 3-4 il ərzində Azərbaycanda yararsız vəziyyətdə məktəb qalmayacaqdır. İndi bütün məktəblərdə yaxşı avadanlıq quraşdırılır, kompyuter sinifləri yaradılır ki, bizim uşaqlarımız gənc yaşlarından bütün qabaqcıl texnologiyalara hazır olsunlar. Bu, onların gələcək fəaliyyəti üçün çox vacibdir.

Şirvan şəhərinin də inkişafı göz qabağındadır.

ƏZİZƏ MƏMMƏDOVA: Bəli, təzə ad, inkişaf, tərəqqi, gözəllik.

SƏADƏT QULİYEVA: Çox sağ olun ki, bu adı bizim şəhərimizə verdiniz. Doğrudan da biz bununla fəxr etdik.

İLHAM ƏLİYEV: Mən o vaxt belə təşəbbüs irəli sürdüm ki, şəhərin adı dəyişməlidir. Çünki şəhərin özünəməxsus bir adı olmalıdır. Əvvəlki ad bir növ uyğun deyildi. Süni şəkildə yaradılmışdı. Düzdür, insanlar ona öyrəşmişdilər. Ancaq bəziləri heç bilmirdi ki, bu nə deməkdir, kiminlə bağlıdır. Amma, eyni zamanda, mən icra hakimiyyətinin başçısına dedim ki, bütün fəallarla məsləhətləşin, sizin üçün hansı ad daha uyğundursa, biz onun üstündə dayanaq. Hələ mən istəyirdim ki, burada yaşayan insanlar bu qərarı versinlər. Bu ad - Şirvan doğrudan da tarixi addır. Azərbaycanın böyük bir hissəsi Şirvan bölgəsi hesab olunur.

SƏADƏT QULİYEVA: Həm də üzərimizə böyük məsuliyyət qoyur.

İLHAM ƏLİYEV: Əlbəttə, Şirvan zonasında müxtəlif şəhərlər, qədim şəhərlər yerləşir. Ona görə bu şəhərə Şirvan adının verilməsi həm də böyük məsuliyyətdir, şərəfdir. Bu, çox gözəl addır, Azərbaycanın tarixinin böyük bir parçasıdır. Tariximizin böyük bir hissəsi Şirvanla bağlıdır.

ƏZİZƏ MƏMMƏDOVA: Hörmətli Prezident, bu diqqətə, qayğıya görə çox sağ olun. Bir gözəl keyfiyyəti də demək istəyirəm ki, Siz tədrisə necə böyük qiymət verirsiniz. Azərbaycandan kənarda 4 mindən çox tələbənin oxuması balaca iş deyildir. Onlar bizim xəzinəmizdir. Ən zəngin xəzinədir. Onlar təhsili qurtarıb gələndən sonra, inşallah, Azərbaycan dünyaya meydan oxuyacaq. Allah Sizə cansağlığı versin. O gözəl günləri hamımız bir yerdə görək.

İLHAM ƏLİYEV: Əslində, bir yenilik yoxdur. Çünki bu ənənəni vaxtilə

Heydər Əliyev qoymuşdur.

ƏZİZƏ MƏMMƏDOVA: Bəli, ilk dəfə ulu öndər qoymuşdur.

İLHAM ƏLİYEV: Hər il 800-900 tələbə Moskva, Leninqrad, Kiyev və SSRİ-nin başqa aparıcı şəhərlərinə imtahansız göndərilirdi. Yəni imtahanları Bakıda verirdilər, oxumağa oraya gedirdilər. İndi onların bir çoxu Azərbaycanda, müxtəlif yerlərdə işləyirlər. Yəni, biz bu ənənəni, elə bil ki, bərpa edirik və bu, başlanıbdır.

SƏADƏT QULİYEVA: Bu, ulu öndərin qoyduğu ənənədir. Biz bunu bilirik.

İLHAM ƏLİYEV: Ancaq, bununla bərabər, mən hesab edirəm, növbəti mərhələdə Azərbaycanın daxilində təhsilin keyfiyyəti elə olmalıdır ki, biz uşaqları xaricə göndərməyək. Yəqin biz növbəti mərhələdə daha çox xaricdən bilikli, tanınmış müəllimləri dəvət edəcəyik ki, onlar bizim ali məktəblərdə dərs desinlər və müxtəlif seminarlar keçsinlər. Buna ehtiyac var. Bizə bilikli mütəxəssislər lazımdır. Ancaq, yenə də deyirəm, əsas vəzifə odur ki, Azərbaycanda təhsilin səviyyəsi yüksək olsun.

SƏADƏT QULİYEVA: Bəli, hər şey özümüzdə olmalıdır.

Mən qadınların qurultayında idim. Mehriban xanım çox gözəl çıxış etdi, yəni hər sahəyə toxundu. Biz birinci xanımımızla həqiqi mənada fəxr edirik. Təhsilə böyük önəm verir. Gözəl, xeyirxah işlərlə məşğuldur. Mehriban xanım, uşaqdan tutmuş böyüyə kimi hamı sizi sevir. Biz sizinlə fəxr edirik.

FİRƏNGİZ ŞİRƏLİYEVA: Mehriban xanım, builki birinci sinif uşaqlarının hamısına çanta və içərisində lazım olan ləvazimatlar paylamısınız.

İLHAM ƏLİYEV: Hamıya çatdımı?!

FİRƏNGİZ ŞİRƏLİYEVA: Bəli, hamıya çatdı. Bütün valideynlər minnətdardır. Mənim nəvəm bu il birinci sinfə gedir, bu sevinci bütün ailəmiz yaşayıbdır. Siz Azərbaycanda nə qədər ailənin sevincinə səbəb olursunuz. Çox sağ olun.

X X X

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təhsil işçiləri ilə xatirə şəkli çəkdirdilər.

Bununla da dövlətimizin başçısının Füzuli, Beyləqan, Ağdam rayonlarına və Şirvan şəhərinə səfəri başa çatdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir