Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev İli”ndə yeni zirvələr

“Heydər Əliyev İli”ndə yeni zirvələr

Ədliyyə Nazirliyinin “Heydər Əliyev İli”nə həsr olunan xüsusi kollegiya iclası

 

Bakı, 27 dekabr, AZƏRTAC

Başa çatmaqda olan 2023-cü il xalqımız və dövlətimiz üçün xüsusilə əlamətdar olmaqla Ümummilli Liderin 100 illiyi münasibətilə elan edilmiş “Heydər Əliyev İli” kimi tariximizə əbədi həkk olunacaq. Bu il Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq il boyunca Heydər Əliyev irsinə həsr olunan silsilə tədbirlər keçirilib. Ümummilli Liderin siyasi varisi İlham Əliyevin prezident kimi fəaliyyətinin 20-ci ilində Heydər Əliyevin qurub yaratdığı Azərbaycan bütövləşərək xalqımızın zəfər salnaməsinin yeni səhifələri yazılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər dekabrın 27-də nazirlikdə keçirilən “Heydər Əliyev İli”nə həsr olunan xüsusi kollegiya iclasında vurğulanıb.

Hibrid formatda keçən iclasda Ədliyyə Nazirliyinin rəhbərliyi və məsul işçiləri, Naxçıvan Muxtar Respublikasının, regional və yerli ədliyyə qurumlarının rəhbər şəxsləri, gənc əməkdaşlar iştirak ediblər. Tədbirə Ulu Öndər Heydər Əliyevin dövründə Prezidentin köməkçisi və Katibliyinin rəisi olmuş, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə dəvət olunub.

Əvvəlcə Ümummilli Liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib. Qonaq, həmçinin Heydər Əliyev muzeyində Ulu Öndərə həsr olunan maraqlı ekspozisiyalarla tanış olub.

Tədbirdə dahi liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müasir müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğunda misilsiz xidmətlərindən danışıb, müxtəlif sahələr üzrə islahat komissiyalarının yaradıldığını qeyd edərək, hüquq sisteminə müstəsna əhəmiyyət verən Ümummilli Liderin Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdüyünü vurğulayıb.

O zaman Komissiyanın qarşısında çox mühüm vəzifələr durduğunu bildirən nazir Ulu Öndərin Komissiyanın tərkibində işçi və ekspert qrupları yaratdığını, vaxtilə işçi qrupun üzvü kimi bu sahədə fəaliyyətini xatırladaraq Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində hüquq sistemini tənzimləyən yeni mühüm qanun layihələrinin hazırlanıb qəbul olunduğunu və institusional dəyişikliklərin aparıldığını qeyd edib.

Bildirib ki, Heydər Əliyevin müasir hüquq sistemimizin banisi olaraq xidmətləri danılmazdır. Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə Ədliyyə Nazirliyi tərəfindən Ümummilli Liderin müasir ədliyyə və məhkəmə-hüquq sisteminin bərqərar olmasında dühasına, humanizm və gənclər siyasətinə, digər sahələrdə əvəzsiz xidmətlərinə həsr olunan silsilə tədbirlər keçirilib.

Nazir xalqımızın milli sərvəti olan Ümummilli Liderin zəngin irsinin daha dərindən öyrənilməsində bu tədbirlərin əhəmiyyətindən bəhs edib, Heydər Əliyevin böyük idarəçilik təcrübəsinə yaxından bələd olan Dilarə xanım Seyidzadənin uzun illər Ulu Öndərin rəhbərliyi ilə mühüm fəaliyyətini qeyd edib.

Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə Ümummilli Liderin böyük məktəb, həyat və fəaliyyətinin isə hər kəs, xüsusilə gənclər üçün örnək olduğunu bildirib, zəngin irsinin daim öyrənilməsinin və ondan bəhrələnilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanı dünyada tanıtmaq Heydər Əliyevin böyük amallarından biri olduğunu vurğulayıb.

O, Ulu Öndərin çox diqqətli, hər bir incəliyə önəm verdiyini, əhali ilə görüşlərində, bölgələrdə olarkən vətəndaşlarla səmimi söhbətlərini xatırladıb. Bildirib ki, insanlar Heydər Əliyevə hədsiz inanırdı.

D.Seyidzadə Ümummilli Lideri bütün dünyanın tanıdığını və keçirilən beynəlxalq sammitlərdə, forumlarda Ulu Öndərin adı çəkiləndə hər kəsin diqqətinin ona yönəldiyini söyləyib.

Tədbirdə Heydər Əliyev ideyalarının onun siyasi varisi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi, Vətən müharibəsində böyük Qələbəmizlə torpaqlarımızın azad edilərək Ulu Öndərin ən ümdə vəsiyyətinin şərəflə yerinə yetirildiyi qeyd olunub.

Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə son 20 ildə qüdrətli və qalib dövlətə çevrilən Azərbaycan “Heydər Əliyev İli”ndə yeni zirvələr fəth edir. Qədim diyarımız Xankəndi şəhəri və digər ərazilərimiz lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənərək suverenliyimiz tam təmin olunub. Azərbaycan Prezidenti dövlət Bayrağımızı Xankəndidə və digər əzəli torpaqlarımızda ucaltmaqla xalqımızın arzularını çin edib.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın, azad edilmiş torpaqlarda ilk dəfə futbol matçının yenidən tam təmir edilmiş şəhər stadionunda keçirilməsi və digər mühüm tədbirlər Zəfərimizin əsas mənbəyi olan Qarabağ-Ordu-Xalq birliyinin əyani təzahürüdür.

Tədbirdə suveren Azərbaycan dövlətinin bu gün özünün ən şanlı dövrünü yaşadığı, bütün dünya ictimaiyyətinin ölkəmizə dəstəyinin və dövlət başçısına olan böyük hörmətin ifadəsi olaraq beynəlxalq aləmin yekdil qərarı ilə BMT-nin COP29 kimi mötəbər konfransına ev sahibliyinin Azərbaycana keçməsi xüsusi qeyd olunub.

Ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da zirvələrə doğru uğurla irəliləyəcəyi vurğulanıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisində, o cümlədən azad edilmiş ərazilərimizdə keçiriləcək qarşıdan gələn növbədənkənar prezident seçkilərində xalqımızın inkişafa, sabitliyə və zəfərə səs verəcəyinə əminlik ifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi