Heydər Əliyev Mərkəzinin parkında taekvando dərsi olub
Bakı, 26 iyun, AZƏRTAC
Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu açıq havada növbəti idman dərsi təşkil edilib. Budəfəki dərs taekvando üzrə olub.
AZƏRTAC xəbər verir ki, dərsi taekvando üzrə 2 dəfə Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, 14 dəfə respublika çempionu, 25 dəfə beynəlxalq turnirlərin qızıl mükafatçısı, Əməkdar İdman Ustası İlkin Şahbazov aparıb. 5-16 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs master-klass formatında 1 saatdan artıq davam edib, iştirakçılara müxtəlif tövsiyələr verilib.