HEYDƏR ƏLİYEV PROSPEKTİ YENİDƏN QURULUR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, daxili yolların təmirinə 250 milyon manat dövlət vəsaiti ayrılmışdır. Sabirabad şəhərinin mərkəzi hissəsi olan Heydər Əliyev prospektinin yenidən qurulması üzrə geniş layihə hazırlanmış, qısa müddətdə səkilərə 600 kvadrat metrdən artıq üzlük plitələr düzülmüşdür. Yolların genişləndirilməsi, bəzək və gül kolları əkilməsi, müasir işıqlandırma sistemi quraşdırılması da nəzərdə tutulur.