Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da AMEA, Elm və Təhsil Nazirliyi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan tədbirdən öncə iştirakçılar Ulu Öndərə həsr olunan sərgi ilə tanış olublar. Tədbirdə “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ümummilli Liderin təbiət sahəsinin inkişafına hər zaman böyük önəm verdiyini bildirib. Akademik qeyd edib ki, bu gün Azərbaycanın bir çox regionlarının dilbər guşələrə çevrilməsinin, yaşıllıq sahələrinin artmasının əsas səbəbi Ulu Öndərin həm sovet hakimiyyəti illərində, həm də müstəqillik illərində yaşıllaşdırma hərəkatına geniş yer ayırması ilə bağlıdır. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlib, bu iş ardıcıl, müntəzəm və sistemli şəkildə görüldüyü üçün böyük səmərə verib.

AMEA rəhbəri məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda xarici ölkə alimlərinin iştirakı ilə bu istiqamətə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini və respublikamızda molekulyar biologiya istiqamətinin qısa zamanda inkişaf etməyə başladığını bildirib. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin dünya elminin nailiyyətlərini Azərbaycana gətirmək, Azərbaycanda kənd təsərrüfatı, əkinçilik ənənələrini bərpa etmək istiqamətində atdığı addımlar, verdiyi tapşıqlar bu sahələrin inkişafında mühüm rol oynayıb. O, AMEA, Elm və Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə hazırlanan “Qırmızı kitab”ın III nəşrinin bu yaxınlarda təqdim edildiyini xatırladaraq, kitabda bir çox nadir, nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin öz əksini tapdığını bildirib. Qeyd edib ki, “Heydər Əliyev İli”nə, Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş bu qiymətli elmi əsər onlarla alim və mütəxəssisin gərgin əməyi sayəsində ərsəyə gətirilib.

Konfransda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Respublikasının inkişafı ilə yanaşı, ekoloji vəziyyət, ətraf mühitin mühafizəsinə qayğı ilə yanaşıb. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə yaşıllaşdırma proqramları həyata keçirilib. Görkəmli şəxsiyyətin iradəsi ilə 1969-1982-ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair çox mühum 8 qanun və 32 qərar qəbul olunub. Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz Ulu Öndərin diqqət və qayğısı ilə yaradılıb.

U.Tağıyeva diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə ölkəmizdə flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən etmişdir.

“Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ilk milli park statuslu qorunan ərazilərin yaradılması təşəbbüsü məhz Ulu Öndərin adı ilə bağlıdır”, - deyən nazir müavini bildirib ki, akademik Həsən Əliyev adına Zəngəzur, həmçinin Şirvan və Ağgöl milli parkları 2003-cü ildə yaradılıb. O, bu gün Ümummilli Liderin tövsiyələri rəhbər tutularaq Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün vaxtilə başlanılmış işlərin davam etdirildiyini, bu istiqamətdə yeni-yeni layihələrin həyata keçirildiyini söyləyib.

Sonra çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ulu Öndərin Azərbaycanın inkişafında, dövlətçiliyimizin qurulması və möhkəmlənməsində tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, ölkəmizin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət önəmli rol oynayıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Konfransın mühüm bir mövzuya həsr olunduğunu deyən nazir müavini qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın təbiətinin qorunması ilə bağlı gördüyü işlər ölkədə kənd təsərrüfatının sürətli inkişafı üçün baza rolunu oynayıb. Ulu Öndərin torpaqların erroziyadan qorunması ilə bağlı gördüyü işlər Azərbaycanın əkin balansına yeni torpaq sahələri qazandırıb. Ümummilli Liderin Azərbaycan təbiətinə münasibəti həm də su resurslarının qorunması və səmərəli istifadəsində öz əksini tapır. Su təchizatı ilə bağlı atılan mühüm addımlar, su anbarlarının, dəryaçaların tikintisi, su elektrik stansiyalarının inşası, müasir su qurğularının yaradılması, yeni kəmərlərin çəkilməsi əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasına müsbət təsir göstərib. Həmçinin Meşə Fondunun qorunub saxlanması, yeni meşə zolaqlarının salınması, park və yaşıllıqların artırılması Ulu Öndərin təbiətə münasibətdə yürütdüyü siyasətin tərkib hissəsi olub.

Nazir müavini qeyd edib ki, Ulu Öndərin təbiətə münasibəti iqtisadi və sosial əsaslı bir münasibət olub. Melorativ tədbirlər yeni əkin sahələrinin formalaşmasına, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasına, torpağın strukturunun yaxşılaşmasına səbəb olan addımlar idi. On illər öncə başlanan bu siyasət nəticəsində kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsi üçün baza yaranıb. Bu gün Azərbaycanın kənd təsərrüfatı torpaq, su kimi önəmli resurslar üzərində inkişaf edir.

Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Samir Həmidov, Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri Elşad Qurbanov, Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan ofisinin rəhbəri Elşad Əsgərov, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri Qərib Mürşüdov çıxış edərək Azərbaycanın elm və təhsil ictimaiyyətinin ətraf mühitin qorunması, ekoloji və bioloji təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və ölkə Prezidentinin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəklədiklərini bildiriblər. Çıxış edənlər konfransın yekununda əldə olunan nəticələrin, qəbul olunan qərarların Azərbaycanda təbiət elminin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə ediblər.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova ölkəmizdə molekulyar biologiya elminin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Ulu Öndərin rəhbərliyi dövründə gənc kadrların bu istiqamətdə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərildiyini xatırladıb. Akademik İradə Hüseynova bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin molekulyar biologiya sahəsi üzrə dövlət proqramları qəbul etdiyini, bu istiqamətdə artıq bakalavr hazırlığının həyata keçirildiyini vurğulayıb. O, Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində təbiətin mühafizəsi istiqamətində görülmüş işlər barədə də məlumat verib.

Vitse-prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra da ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə formalaşıb, 1993-cü ilin ikinci yarısından Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş zərərin aradan qaldırılmasına daha böyük əzmkarlıqla başlanılıb, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu xatırladan akademik İradə Hüseynova biomüxtəlifliyin, nadir və təhlükədə olan növlərin mühafizəsi və bərpasının Azərbaycanda dövlətin ekoloji siyasətinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında xüsusi fərqlənmiş şəxslər təltif olunublar.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda mövzu ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb. Beynəlxalq tədbir işini iyunun 20-də başa çatdıracaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb