Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının açılışı olub

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının açılışı baş tutub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, 4 gün davam edəcək konfrans AMEA, AMEA-nın Gəncə Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ulu Öndərin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların ali təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin zəngin həyatının, çoxcəhətli fəaliyyətinin, ideallarının mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin əbədi qorunub saxlanması, inkişaf etdirilməsi dayanırdı və bu siyasətin içərisində daim gənclərə xüsusi önəm verirdi.

Ümummilli Liderin Azərbaycanın gələcəyini gənclərdə gördüyünü, gənclərin irəli vəzifələrə çəkilməsinə dəstək verdiyini deyən akademik İsa Həbibbəyli Ulu Öndərin sovet hakimiyyəti illərində ölkəmizə rəhbərlik edərkən 15 mindən çox azərbaycanlı tələbəni SSRİ-nin 170-dən artıq ali təhsil müəssisəsinə oxumağa göndərdiyini, təhsil aldıqları müddətdə belə onlara qayğı göstərdiyini söyləyib.

Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirdiyini bildirən AMEA rəhbəri dövlət başçısı tərəfindən 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət proqramlarının qəbul olunduğunu və uğurla yerinə yetirildiyini, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın, həmçinin Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatının təsis edildiyini, hər iki mükafatı alanlar sırasında AMEA-nın gənc əməkdaşlarının da olduğunu diqqətə çatdırıb. Həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini, dünya təcrübəsini mənimsəyən, Azərbaycanın müstəqillik dövrü yeni, gənc vətənpərvər nəslin formalaşdırıldığını bildirib. Vurğulayıb ki, həmin vətənpərvər nəsil 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynayıblar.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli şuranın xətti ilə gənclərin xarici elm mərkəzlərinə təcrübə keçməyə göndərildiklərini, “Gənc tədqiqatçı” jurnalının dövriliyinin il ərzində 4-ə yüksəldildiyini (bir buraxışı ingiliscə olmaqla) diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin konseptual əsasları və hədəfləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, müasir dövrdə gənc nəslin potensial imkanlarının açılması, təzahür etməsi, ictimai önəminin ifadəsi və ümumiyyətlə, gənclərin bir şəxsiyyət kimi formalaşmasında elmin və təhsilin yeri böyükdür. Onun sözlərinə görə, Azərbaycan gəncliyinin rifah dolu gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkarlanması və tətbiqi sahələrinin genişləndirilməsi, onların bir fərd kimi, bir şəxsiyyət kimi formalaşması üçün lazım olan şəraitin yaradılması Heydər Əliyevin idarəçilik siyasətinin prioritet istiqaməti idi.

Konfransda, həmçinin Elm və Təhsil Nazirliyinin Mexanika və Riyaziyyat İnstitutunun baş direktoru Misir Mərdanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin daim öz uzaqgörənliyi ilə zamanı qabaqladığını, hakimiyyətdə olduğu illərdə peşəkarcasına ölkəmizi idarə etdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycana, xalqımıza ən böyük töhfəsi ölkəmizə uğurla rəhbərlik edən, dünya liderləri sırasında adı çəkilən Prezident İlham Əliyevi yetişdirməsi olub.

Milli Məclisinin deputatı Səbinə Xasayeva isə çıxışında Ulu Öndərin Azərbaycan gəncliyinin qorunması istiqamətində önəmli addımlar atdığını, gənclərə xüsusi qayğı göstərdiyini deyib. Bildirib ki, hələ sovet hakimiyyəti illərində Ümummilli Lider mühüm tədbirlərdə ana dilimizdə çıxış edərək Azərbaycana olan sevgisini göstərirdi və xalqımızda xoşbəxt gələcəyə inam oyatmışdı.

Sonra çıxış edən şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin tələbəsi Aybəniz Həşimova Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Onun sözlərinə görə, gənc vətənpərvər nəslin yetişdirilməsi siyasətinin nəticəsini xalqımız 44 günlük Vətən müharibəsində gördü və torpaqlarımız düşmən işğalından azad edildi.

Vətən müharibəsi qazisi, gizir Elnur Məmmədov isə çıxışında Azərbaycan gəncliyinin hər zaman dövlətinin keşiyində durduğunu, vətəni uğrunda canından keçməyə hazır olduğunu söyləyib.

Tədbirdə akademik İsa Həbibbəyli Milli Məclisinin deputatı Səbinə Xasayevaya və Milli Qəhrəman Polad Həşimovun qızı Aybəniz Həşimovaya yeni çapdan çıxmış Azərbaycanın “Qırmızı kitab”ının III nəşrini bağışlayıb.

Daha sonra bir sıra institutların Gənc Alim və Mütəxəssislər şuralarının sədrlərinə mükafatlar təqdim olunub.

Sonda çıxış edən İsa Həbibbəyli Heydər Əliyevin zəngin ideyalarının bu gün də yaşadığını, ölkə başçısının gənc nəslin ali təhsilli, ixtisaslı, vətənpərvər ruhda yetişməsi istiqamətində siyasətini uğurla davam etdirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi tədbirlər Azərbaycan gəncliyinin inkişafına dövlət səviyyəsində dəstəyin ifadəsinin parlaq təzahürüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

İmişlidə bir nəfər Araz çayında boğulub

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər