Hindistan ABŞ-dan 18 ədəd pilotsuz uçuş aparatı alacaq
Bakı, 13 aprel, AZƏRTAC
Hindistan Silahlı Qüvvələri ABŞ-dan 18 ədəd “Predator” pilotsuz uçuş aparatı (PUA) alacaq.
AZƏRTAC “Hindustan Times” qəzetinə istinadla xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi əvvəlcə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün 3 milyard dollara ümumilikdə 30 ədəd PUA almağı planlaşdırırdı. İndi isə onların sayı hər bir qoşun növü üzrə 6-ya endirilib. Hindistan Nazirlər Kabinetinin icazəsindən sonra müqavilə hökumətlərarası əsasda imzalanacaq.
2022-ci ilin fevralında Hindistan hökuməti milli istehsalçılara dəstək olaraq pilotsuz uçuş aparatlarının idxalını qadağan edib. Lakin qadağa ordunun və təhlükəsizlik xidmətlərinin ehtiyacları üçün PUA alınmasına şamil olunmur. Hindistan Hərbi Dəniz Qüvvələri dəniz sərhədlərinin kəşfiyyatı məqsədilə 2020-ci ildə iki ədəd “Predator” icarəyə götürüb. İcarənin müddəti 2024-cü ildə bitir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]