HİNDİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB MANMOHAN SİNQHƏ
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2007-ci il.