RƏSMİ XRONİKA
HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM PRATİBHA PATİLƏ
Hörmətli xanım Prezident,
Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Biz Azərbaycan-Hindistan münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
23 iyul, 2007-ci il.