HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM PRATİBHA PATİLƏ
Hörmətli xanım Prezident,
Hindistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq bu ənənələri daim yaşadacaq və daha da inkişaf etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2007-ci il.