Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb
Bakı, 22 noyabr, AZƏRTAC
Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 10 maoçu ekstremist öldürülüb.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bir qrup ekstremistin qonşu Odişa ştatından Çxattisqarxa keçmək niyyətində olduğu barədə kəşfiyyat məlumatı aldıqdan sonra meşəlik ərazidə əməliyyata başlayıblar.
Çxattisqarx ştatı Hindistan hökumətinə qarşı solçu silahlıların davamlı partizan müharibəsi apardığı bölgələrindən birinə çevrilib. Oktyabr ayında təhlükəsizlik qüvvələrinin keçirdiyi bir neçə əməliyyat zamanı 31 maoçu öldürülmüşdü.
Hindistanda 1960-cı illərdən fəaliyyət göstərən maoçuların maoizm və marksizm-leninizmə dair öz versiyaları var. Onlar yoxsul kəndliləri “kapitalist zülmündən” azad etmək niyyətində olduqlarını bildirir və yerli əhalinin dəstəyinə arxalanırlar. Hazırda ölkənin 28 ştatından 14-də mövcud olan maoçular cəngəllikdə gizlənərək kəndlərə, məmurlara və polisə hücumlar edirlər.
Nyu-Dehli maoçuları əsas daxili təhlükələrdən biri hesab edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]
Omanla Qazaxıstan arasında sənədlər imzalanıb
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]