Hindistandakı “Samsung” zavodunun tətil edən işçiləri saxlanılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
“Samsung Electronics” kompaniyasının Hindistandakı zavodunda maaşların aşağı olması səbəbindən tətil edən yüzə yaxın işçi və həmkarlar ittifaqı liderləri saxlanılıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, işçilər rəsmi icazə olmadan yürüş keçirmək istəyiblər. Kancipuram rayon polis idarəsinin sözçüsü bildirib ki, 100-ə yaxın işçi "profilaktik həbsdə"dir. Digər təfərrüatlar açıqlanmayıb.
Koreya şirkətinin Tamiland ştatında yerləşən zavodunda tətil ötən həftənin əvvəlində başlayıb. Etirazçılar zavod binasının yaxınlığında çadırlar qurub, aksiyaya yüzlərlə insan cəlb olunub. Onlar maaşların artırılmasını və iş vaxtının azaldılmasını tələb edirlər.
Məişət texnikası, o cümlədən soyuducu və televizor istehsal edən bu zavodda ümumilikdə 1,8 min işçi çalışır. Müəssisənin Samsung şirkətinin Hindistandakı illik gəlirində payı 12 milyard dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:46]
Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]