Hindistandan Qazaxıstana ilk konteyner qatarı yola salınıb
Astana, 4 mart, AZƏRTAC
Mundra limanından (Hindistan) Astanaya keramik plitələrlə dolu 12 iyirmi futluq konteynerin daşınması təşkil olunub.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, qatar İran, Türkmənistan, Özbəkistan və Qazaxıstan ərazilərindən keçəcək.
Marşrutun uzunluğu dənizlə 1585 kilometr, dəmir yolu ilə isə 4300 kilometr təşkil edir. Çatdırılma müddəti Bəndər Abbas (İran) limanının iş yükündən asılı olaraq təxminən 25-30 gün çəkəcək.
Daşınma “Şimal-Cənub” dəhlizinin şərq marşrutu üzrə konteyner xidmətlərinin inkişafı çərçivəsində həyata keçirilir. Bu dəhliz çatdırılma müddətlərini, malların daşınması xərclərini əhəmiyyətli dərəcədə azaltmağa və ölkələrin ixracatçı və idxalçılarının imkanlarını genişləndirməyə imkan verir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]