Hindistanın Aya göndərdiyi kosmik cihaz tapşırıqları uğurla yerinə yetirib

Bakı, 3 sentyabr, AZƏRTAC
Hindistanın "Praqyan" Ay roveri Yerin təbii peykinin səthində verilən bütün tapşırıqları uğurla yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü ölkənin Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) bildirib.
ISRO-nun məlumatına görə, “Praqyan” yuxu rejiminə salınıb və ekspertlərin tədqiqat üçün istifadə etdiyi faydalı yük ləğv edilib. Təxminən on bir gün ərzində toplanan məlumatlar Vikram eniş ötürücüsünün köməyi ilə Yerə geri göndərilib.
“Hazırda akkumulyator tam doldurulub. Qəbuledici aktivdir. Ümid edirik ki, növbəti tapşırıq silsiləsi üçün uğurlu olacaq”.
Qeyd dək ki, şəkisi 20 kq olan roverin missiyası Yer təqvimi ilə 14 gün üçün nəzərdə tutulub.
LVM3 raketinin “Çandrayaan-3” avtomatik planetlərarası stansiyası ilə buraxılışı iyulun 14-də Şriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzinin buraxılış meydançasından həyata keçirilib. Avqustun 5-də stansiya Ayın orbitinə buraxılıb.
Qeyd edək ki, Hindistan keçmiş SSRİ, ABŞ və Çindən sonra aparatını Aya endirən dördüncü ölkə olub.