Hirkan Milli Parkında daha bir Qafqaz bəbiri qeydə alınmışdır
Bakı, 10 iyun (AZƏRTAC). Hirkan Milli Parkında Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinqlər zamanı fototələlər vasitəsilə daha bir Qafqaz bəbirinin fotoşəkli çəkilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il oktyabrın 25-də də parkın ərazisində quraşdırılmış fototələlər vasitəsilə bəbirin fotoşəkli çəkilmişdi.
Bu faktlar son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (bezoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.
Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini vermişdir.
Aparılan tədbirlərin nəticəsidir ki, xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]