“Hizbullah” İsrailin “Mossad” komanda məntəqəsinə raket atıb
Bakı, 25 sentyabr, AZƏRTAC
“Hizbullah” hərəkatı İsrail kəşfiyyatının Təl-Əviv yaxınlığındakı “Mossad” komanda məntəqəsinə raket atdığını bildirib.
AZƏRTAC xəbər verir ki, hərəkatın sosial şəbəkələrdə yaydığı məlumata görə, raket zərbəsi liderlərinin öldürülməsinə və Livanda peycerlərin partladılmasına məsuliyyət daşıyanlara yönəlib.
Livanın “Əl-Mayadeen” telekanalı bildirib ki, “Hizbullah” ilk dəfə İranın “Kader-1” uzaqmənzilli ballistik raketindən istifadə edib.
İsrail ordusunun Baş Qərargahı Livanda bazar ertəsi günü başlayan hücum əməliyyatına “Şimal oxları” adını verib. Təkcə son 24 saat ərzində “Hizbullah”ın Livandakı 1,6 min hədəfinə zərbələr endirilıb. Müşahidəçilər qeyd edirlər ki, İsrail 2006-cı ildə ikinci Livan müharibəsindən sonra “Hizbullah”a bu qədər intensiv hücum etməyib.
Son günlər “Hizbullah” İsrail ərazisinə raket hücumlarının diapazonunu artırıb ki, bu da hazırda 50 kilometrdən çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]