Azərbaycan Dövlət İnformasiya Agentliyi

Horadizdə teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı 1994-cü il yanvarın 6-da uğurla başa çatıb və bu əməliyyat nəticəsində qısa vaxt ərzində Füzuli rayonunun 22 yaşayış məntəqəsi Ulu Öndərimizin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda və yerli əhalidə ruh yüksəkliyi, böyük inam yaratması ilə azad edilib, düşmənin Beyləqana irimiqyaslı hücumunun qarşısı alınıb, Cəbrayılın Cocuq-Mərcanlı kəndi işğaldan azad edilib, ümumilikdə 21 min hektar ərazi yağı tapdağından xilas olunub. Düşmən həm döyüş texnikası, həm silah-sursat, həm də canlı qüvvə sarıdan xeyli itki verərək geri oturdulub.

Tamamilə dağıdılmış və viran qalmış Horadizin xarabalıqları üzərində yaşıllıqlara qərq olmuş gözəl yaşayış məntəqəsi yaradılıb və Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Horadizə şəhər statusu verilib. Ali Baş Komandan son illərdə bu bölgəyə bir neçə dəfə səfər edib və şəhərin daha da inkişafı məqsədilə sərəncamlar verib.

Horadizlilər daim atəş altında olmasına baxmayaraq, bu şəhərdə yaşamaqdan, Azərbaycan əsgəri isə cəbhəboyu bölgənin keşiyində durmaqdan böyük qürur duyurlar.

Prezident İlham Əliyev bölgəyə səfərlərindən birində deyib: “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük”.

Məhz polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə uğurla keçən kütləvi hərbi vətənpərvərlik bayramında da minlərlə tamaşaçı bir-birindən maraqlı səhnələr, vizual görüntülər, min nəfərlik əsgər xorunun, birləşmiş bədii özfəaliyyət kollektivlərinin, Füzuli Dövlət Dram Teatrı aktyorlarının, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, mədəniyyət və incəsənət ustalarının, musiqi kollektivlərinin, hərbi orkestrin və Gəncə Qarnizonu Zabitlər Evinin xüsusi təşviqat qrupunun iştirakı ilə təqdim edilən ədəbi-bədii, musiqili-xoreoqrafik kompozisiyalarda Azərbaycanın son illərdəki dinamik sürətli inkişafını, dirçəlişini, Azərbaycan Ordusunun qüdrətini, ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamını izləyə biliblər.

Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, veteranlar və respublikanın paytaxtından gəlmiş qonaqlar ümummilli lider Heydər Əliyevin Horadiz şəhərinin mərkəzindəki abidəsini ziyarət edib və qarşısına gül-çiçək dəstələri düzüblər.

Kütləvi tədbir əməkdar mədəniyyət işçisi, polkovnik-leytenant Rafiq Hacıyevin dirijorluğu ilə hərbi orkestrin ifasında general Yusif Axundzadənin “Azərbaycan fanforası”nın səslənməsi ilə başlanıb. Tədbir iştirakçıları Azərbaycanın dövlət himnini ifa edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayonunun son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafından, iqtisadi, mədəni dirçəlişindən, əhalinin sosial rifahının yüksəlməsindən, ölkə rəhbərliyinin ərazisi işğal olunmuş digər rayonların əhalisi ilə yanaşı, bu rayonun da sakinlərinə daimi diqqət və qayğı göstərməsindən minnətdarlıq hissi ilə danışıb. O qeyd edib ki, Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri işğaldan azad olunduqdan sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. Hazırda rayonun işğaldan azad olunmuş hissəsində 70 mindən çox insan yaşayır. Ölkə rəhbərinin qayğısı ilə Füzulidə yeni qəsəbələr salınıb, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib. Azərbaycan Prezidentinin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncamı bu rayona göstərilən diqqət və qayğının bariz nümunəsidir. İcra başçısı vurğulayıb ki, bu bölgədə ordu ilə xalqın sağlam və sarsılmaz birliyi yaranıb. Füzulililər dövlətimizin başçısına inanır, Vətən əsgərinə güvənirlər. Onlar əmindirlər ki, tezliklə Ali Baş Komandanımızın rəhbərliyi, ordu ilə xalqın birliyi və xalqına, millətinə arxalanan Azərbaycan əsgərinin zəfər yürüşü ilə işğal altında olan digər torpaqlarımız da azad olunacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, müqəddəs bayrağımız Şuşada, Laçında, Xankəndidə və eləcə də Füzulidə dalğalanacaq.

Milli Məclisin sədr müavini Bahar Muradova belə bir kütləvi vətənpərvərlik tədbirinin Horadiz şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək deyib ki, həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, biz Horadiz şəhərinin timsalında dirçələn ölkəmizi, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük. Heç kim işğal altında olan digər ərazilərimizin də Horadiz kimi azad ediləcəyinə, bərpa olunacağına, yeni quruculuq işlərinin başlanacağına, məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına tezliklə qayıdacaqlarına şübhə etməməlidir. Çünki müdrik və qətiyyətli Prezidentimiz elə bir məqsədyönlü siyasət aparır ki, artıq dünya Azərbaycan reallıqları ilə razılaşmağa məcburdur. İstər Avropa ölkələrində, istər Yaxın Şərqdə iqtisadi, siyasi, hərbi və mənəvi böhran yaşandığı, Ermənistanın iflasa uğradığı, çökdüyü bir vaxtda Azərbaycandakı sabitlik, davamlı iqtisadi inkişaf, qüdrətli və qarşısına qoyulmuş hər hansı bir döyüş tapşırığını icra etməyə qadir və hazır olan Silahlı Qüvvələrin yaranması xalqın öz rəhbərinə inamını və milli təhlükəsizliyimizin təminatçısı olan Azərbaycan Ordusuna öz güvəncini daha da artırıb. Bu gün hamı bir amal, bir məqsəd, bir bayraq altında birləşib. Bütün ölkə vətəndaşları kimi füzulililər də Azərbaycan uğrunda, Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an müntəzirdirlər.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki tədbir iştirakçılarına çatdırılıb. Müdafiə nazirinin bir neçə gün öncə hərbçilər üçün tikilmiş yeni yaşayış binasının açılış mərasimində dediyi sözlər xatırlanaraq bildirilib ki, biz düşməni məhv edərək onu mütləq torpaqlarımızdan qovacaq və yaxın müddətdə ərazilərimizi işğaldan azad edəcəyik.

Teatrlaşdırılmış kütləvi vətənpərvərlik tədbirinin gedişi zamanı tamaşaçıların gözləri qarşısında ötən əsrin 90-cı illəri canlandırılıb. Ulu öndər Heydər Əliyevin Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa 1993-cü il 2 noyabr tarixli müraciəti ilə xalqın milli mənlik şüurunun oyandığı və ordu quruculuğunda yeni bir mərhələnin başlanıldığı bədii vasitələrlə təqdim olunub, irihəcmli monitorda Ulu Öndərin cəbhə bölgəsinə səfərləri, yerli əhali və döyüşçülərlə görüşləri işıqlandırılıb.

Füzuli Dövlət Dram Teatrı aktyorlarının ifasında “Hər şey ordu üçün, hər şey qələbə üçün!” ədəbi-bədii kompozisiyası tamaşaçıların vətənpərvərlik hissini, ölkə rəhbərinə inamını və Vətən əsgərinə güvəncini daha da artırıb.

Döyüş texnikalarının və şəxsi heyətin iştirakı ilə Azərbaycan Silahlı Qüvvələrinin tarixində ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının stadionda canlandırılması, bu əməliyyat zamanı şəxsi rəşadət və şücaət nümunələri göstərmiş müharibə veteranlarının, qazilərin alqışlarla qarşılanması, eləcə də şəhid Milli qəhrəmanların aktyorların ifasında təqdimatı tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycanın Milli qəhrəmanları Pəhləvan Fərzəliyev, Rasim İbrahimov, Seymur Məmmədov, Elxan Zülfüqarov, Faiq Rəfiyev və başqaları yenidən həyata qayıtsaydılar yenə də öz canlarını Vətən uğrunda qurban verər, Qarabağ uğrunda candan keçərdilər, deyiblər.

Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndi uğrunda döyüşlərdə gözlərinin nurunu itirmiş, paralimpiya və birinci Avropa Oyunlarının çempionu İlham Zəkiyev paytaxtın Şəhidlər xiyabanından alovlandırdığı məşəllə stadiona daxil olub. Ona Füzuli Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Füzulinin müdafiəsində və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə rayonun fəxri sakini adı verilib. İlk Avropa Oyunlarında qazandığı qələbəyə görə İlham Zəkiyevin şərəfinə ucaldılmış bayraqla meydana daxil olan (bir neçə ay əvvəl İlham Zəkiyev xidmət etdiyi hərbi hissənin qonağı olmuş və həmin bayrağı tezliklə Füzulidə ucaltmaq arzusu ilə davamçılarına təqdim etmişdir) xüsusi təyinatlıların nümunəvi çıxışları alqışlarla qarşılanıb.

Aparıcılar - Xalq Artisti Pərvanə Məmmədova, əməkdar incəsənət xadimi Abdulla Qurbani Azərbaycan ordusunun güc və qüdrətindən söhbət açıb, bölgənin müdafiəsində dayanan hərbi hissələrin uğur və nailiyyətlərindən, düşmən kəşfiyyat-təxribat qruplarının qarşısının vaxtında və layiqincə alınmasındakı xidmətlərindən, ordu ilə xalqın birliyindən geniş bəhs ediliblər. Hərbçilər nizami addımlarla, qələbə əzmi ilə tamaşaçılar qarşısından keçiblər.

Füzuli rayonundan həqiqi hərbi xidmətə çağırılmış, müxtəlif bölgələrdə xidmət edən döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən əsgərlərin, xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının stadiona daxil olması və onların çıxışları həm tamaşaçılara, həm də onların valideynlərinə xoş anlar yaşadıb.

Məhəmməd Füzulinin (Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev) stadiona daxil olması və onun “Artıq qisas vaxtı çatıb, qoşun çıxsın son döyüşə!” çağırışı tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

Geniş ekranda surəti görünən və alqışlarla qarşılanan Azərbaycan Prezidentı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!” sözlərindən sonra “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” kompozisiyası təqdim olunub. Bütün iştirakçılar ayağa qalxaraq bir daha Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər. Əsgər xoru “And içirik” mahnısını ifa edəndə tamaşaçılar da onlara qoşulub.

Tədbirin sonunda rayon rəhbərliyi və qonaqlar belə bir möhtəşəm tədbirin düşmənlə təmas xəttində, Horadiz şəhərində reallaşmasına göstərdiyi təşəbbüs və köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və bu kimi kütləvi hərbi-vətənpərvərlik tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib