Hövsan Aerasiya Stansiyasının ərazisində 1200-dən çox ağac əkilib
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə "Azərsu" ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir.
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mayın 10-da Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında 1200-dən çox zeytun, şam, sərv, badam və digər ağaclar əkilib. Həmçinin ötən illərdə əkilmiş ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.