“HÖVSAN”DA SEYSMİK-KƏŞFİYYAT İŞLƏRİ APARILIR
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yatağın bərpası nəzərdə tutulan 52 kilometrlik hissəsində əsrin əvvələrindən mövcud olan hasilat quyuları 1957-ci ildə öz fəaliyyətini tamamilə dayandırmış və indiyə qədər burada nə istismar, nə də kəşfiyyat quyuları qazılmışdır. Nəhayət, 2002-ci ildə bərpa sahəsi də daxil olmaqla, yatağın 128 kvadrat kilometrlik sahəsinin işlənməsi barədə Rusiyanın LUKoyl şirkəti ilə 250 milyon dollar dəyərində müqavilə bağlanmış, lakin yatağın təkcə ekoloji problemlərinin həlli üçün 100 milyon dollar məbləğində vəsait tələb olunduğuna görə, müqavilə reallaşmamışdır.
Hazırda yatağın ARDNŞ tərəfindən bərpa olunmasına Rusiya şirkəti etiraz etmir.