“Huawei” şirkətinin nümayəndələri BANM-də olublar
Bakı, 6 mart, AZƏRTAC
“Huawei Technologies Azerbaijan” şirkətinin Orta Şərq və Mərkəzi Asiya (Qafqaz ölkələri də daxil olmaqla) regionu üzrə vitse-prezidenti Xanım Lin Yanxianın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə anlaşma memorandumunun yenilənməsi, əməkdaşlığın gücləndirilməsi və yeni texnoloji imkanların yaradılması məsələləri müzakirə edilib.
Memorandumun əsas məqsədləri təlim proqramlarının inkişafı, tələbələrə praktik təcrübə imkanlarının artırılması və texnoloji infrastrukturun təkmilləşdirilməsidir.