Hüquqi şəxslər paytaxt əhalisinə 1,7 milyard manatlıq xidmət göstərib
Bakı, 3 noyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 29,1 faiz azalaraq 2 milyard 869 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 761,4 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 61,4 faizini təşkil edib.