Hüquqi şəxslər paytaxt əhalisinə 2,1 milyard manatlıq xidmət göstərib
Bakı, 2 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6 faiz artaraq 2 milyard 758 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 101,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,2 faizini təşkil edib.