Hyuston azərbaycanlıları müharibədən zərər çəkmiş şəxslərə dəstək məqsədilə xeyriyyə tədbiri keçiriblər
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Amerika Mədəniyyət Alyansı və Hyuston Azərbaycan məktəbinin təşkilatçılığı ilə müharibədən zərər çəkmiş mülki insanlara dəstək üçün xeyriyyə tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Hyuston azərbaycanlıları ilə yanaşı, türklər, amerikalılar, türkmənlər, yəhudilər və bosniyalılar da iştirak ediblər.
Tədbirdə məktəblilərin 17 noyabr - Milli Dirçəliş Gününü, əsgərlərimizin şücaətini əks etdirən rəsm əsərləri nümayiş olunub və milli təamlarımız təqdim edilib.
Xeyriyyə tədbirindən əldə edilmiş 10 min 197 ABŞ dollarının Azərbaycanda müharibədən zərər çəkmiş mülki şəxslərin ehtiyaclarına sərf olunacağı bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]