I Ümumrespublika Musiqi Festivalının açılış mərasimi keçirilib
Gəncə, 4 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış mərasimi baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış gecəsində konsert baş tutub.
Ölkəmizdə ilk dəfə 4-9 mart tarixlərində keçiriləcək festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, “Gəncənin döyünən ürəyi” adlı film və kitabın təqdimatı, “Sevil” operası, “Min bir gecə” baleti nümayiş etdiriləcək.
Qeyd edək ki, 9 mart tarixində baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.