İctimai nəqliyyatın idarə edilməsi ilə bağlı proqram hazırlanır
Bakı, 20 iyun, AZƏRTAC
Bakının ictimai nəqliyyatının idarə edilməsi ilə bağlı proqram hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimat mərasimində deyib.
O bildirib ki, xarici ekspertlərlə birlikdə geniş bir proqram hazırlanır. Onun sözlərinə görə, proqram həm ictimai nəqliyyatı, həm fərdi maşınların idarə edilməsini, ümumiyyətlə, şəhərdə mobilliyin genişləndirilməsini əhatə edəcək. Proqram çərçivəsində şəhərin “Rəqəmsal Əkizi” yaradılacaq.
A.Rzayev əlavə edib ki, bu proqram çərçivəsində avtobus zolaqlarının yaradılması, yerlərinin dəyişdirilməsi də planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]