İddiaçıların turnirində Pyotr Svidler Şəhriyar Məmmədyarovun rəqibi olacaqdır
Bakı, 5 noyabr (AZƏRTAC). Rusiya Şahmat Federasiyası iddiaçıların 2014-cü il martın 14-dən 30-dək Xantı-Mansiyskdə keçiriləcək turnirində iştirak etmək üçün 2013-cü ildə Rusiya çempionu olmuş Pyotr Svidlerin namizədliyini təklif etmişdir. Svidler iddiaçıların 2013-cü il turnirinin bürünc mükafatına layiq görülmüşdür. AZƏRTAC xəbər verir ki, FİDE Svidlerin namizədliyini bəyənmişdir.
İddiaçıların turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da çıxış edəcəkdir. Qrossmeyster FİDE-nin Qran-pri yarışlarının altı mərhələsinin yekunlarına görə birinci yeri tutaraq şahmat tacı uğrunda mübarizədə iştirak etmək hüququ qazanmışdır.
Xatırladırıq ki, iddiaçıların 2014-cü ildə keçiriləcək turnirində Şəhriyar Məmmədyarov, Vladimir Kramnik, Sergey Karyakin, Dmitri Andreykin, Pyotr Svidler, Levon Aronyan, Veselin Topalov, habelə Vişvanatan Anand-Maqnus Karlsen oyununda məğlub olmuş şahmatçı iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]