İdman Arbitraj Məhkəməsi “Qarabağ” klubunun şikayəti ilə bağlı qərarı təxirə salıb
Bakı, 4 sentyabr, AZƏRTAC
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun UEFA-ya qarşı qaldırdığı iddia ilə bağlı qərarını təxirə salıb.
Bu barədə AZƏRTAC-a Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, CAS Azərbaycan təmsilçisinin şikayətinə avqustun 29-da baxmalı olsa da, müraciətə rəsmi cavab verməyi qeyri-müəyyən müddətədək uzadıb.
Qeyd edək ki, UEFA 44 gün davam edən Vətən müharibəsi zamanı “Qarabağ”ın mətbuat xidmətinin ozamankı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı statusuna görə klubu 100 min avro məbləğində cərimələyib, İbrahimovu isə futboldan ömürlük uzaqlaşdırıb. Ağdam təmsilçisi qərardan şikayət versə də, keçmiş əməkdaşının cəzası qüvvədə qalıb. Klub isə cərimə ilə bağlı etirazını İdman Arbitraj Məhkəməsi səviyyəsində gündəmə gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]