“İdman həftəsi” çərçivəsində stolüstü tennis yarışına start verilib







Bakı, 6 mart, AZƏRTAC
“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş müxtəlif silsilə tədbirlər davam edir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün tələbələr arasında stolüstü tennis yarışına start verilib.
Gənclər və İdman Nazirliyi, Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində keçirilən yarışda 12 oğlan, 7 qız komandası mübarizə aparır. Martın 7-də keçiriləcək final yarışından sonra qaliblər müəyyənləşəcək.