İDMAN KOMPLEKSİNİN TİKİNTİSİ SÜRƏTLƏNDİRİLMİŞDİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Əli Bayramlıda müasir standartlara cavab verən yeni idman kompleksi tikilir. Sifarişçisi Dövlət Neft Şirkəti, “Azərdəniznefttikinti” Trestinin 1 saylı tikinti-quraşdırma filialı olan obyektin cari ilin oktyabrınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Podratçı təşkilatdan AZƏRTAC-a bildirmişdir ki, burada 50 yerlik mehmanxana, 400 kubmetr tutumu olan iki su hovuzu və qızdırıcı qazanxana inşa edilmişdir. Hazırda tribunalar qurulur.
İndiyədək 7,5 milyard manatlıq iş görülmüşdür.