İğdır məscidində Xocalı qurbanlarının xatirəsinə dualar oxunmuşdur
Ankara, 25 fevral (AZƏRTAC). İğdırdakı Hacı Hacer məscidində Xocalı qurbanlarının xatirəsinə dualar oxunmuşdur. Məsciddə İğdır Əhli Beyt Alimləri Dərnəyinin üzvü Zəki Tumayın oxuduğu dualardan sonra keçirilmiş anma mərasimində çıxış dərnəyin sədri Vəli Beder Xocalı soyqırımını törədənləri bütün dünyanın lənətlədiyini söyləmişdir. 1915-1918-ci illərdə İğdırda insanları təndirdə yandıran ermənilər, XX əsrin sonunda Xocalı kimi ağır qətliam törətdilər. Bu qətliam əsl soyqırımı cinayətidir, onu törədənlər layiqli cəzalarını almalıdır. Biz, ermənilərin tez bir zamanda işğal etdikləri Azərbaycan torpaqlarını da azad etmələrini tələb edirik.
Anma mərasimində Türkiyə-Azərbaycan Dərnəyi İğdır şöbəsinin, siyasi partiyaların yerli təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]