ELM VƏ TƏHSİL
III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumunun panel müzakirələri olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun panel iclasları keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir türkdilli dövlətlərdə media sahəsində ortaq maraqlara söykənən fəaliyyətə böyük ehtiyac olduğunu bildirib.
Fakültənin dekanı Vüqar Əliyev, kafedra müdirləri, professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin Kommunikasiya fakültəsinin dekanı Elif Asude Tuncayın moderatorluğu ilə 4 panel iclası keçirilib.
İclaslarda simpozium iştirakçıları ümumtürk mədəniyyətinin təbliği, media sahəsində ortaq layihələr, türkdilli dövlətlərdə media birliyinin önəmi, Türk dünyası mədəni irsinin qorunmasında vahid media platformasının rolu kimi mövzulara dair müzakirələr aparıblar.