İKİ İLDƏ İRAQDA 60 JURNALİST HƏLAK OLMUŞDUR
Müqayisə üçün xatırladaq ki, İkinci Dünya müharibəsi illərində 68 jurnalist, 1991-1995-ci illərdə Balkan yarımadasında münaqişə zamanı 36 KİV nümayəndəsi həlak olmuşdu.
Son bir ildə İraqda 22 jurnalist öldürülmüşdür ki, onların da əksəriyyəti ölkə vətəndaşlarıdır. Axırıncı iki ildə isə bu ölkədə 36 KİV nümayəndəsi girov götürülmüşdür.
“Sandi tayms” qəzeti bu məlumatı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinə istinadla dərc etmişdir.