İki mindən çox Ermənistan vətəndaşı ABŞ-dan deportasiya ediləcək
Bakı, 4 mart, AZƏRTAC
İrəvan Vaşinqtonun 2 mindən çox Ermənistan vətəndaşını ABŞ-dan deportasiya etmək niyyətindən xəbərdardır.
AZƏRTAC xəbər verir ki, Ermənistan baş naziri yanında diaspor işləri üzrə baş komissar Zare Sinanyan bu barədə mətbuat konfransında deyib.
“Bu adamları diaspor adlandırmaq düzgün deyil. Onlar ABŞ-da qalmaq hüququ olmayan Ermənistan vətəndaşlarıdır. Burada Birləşmiş Ştatlardan deportasiya olunacaq iki min nəfərdən çox Ermənistan vətəndaşından söhbət gedir”, - deyə Zare Sinanyan bildirib.
Onun sözlərinə görə, deportasiya ediləcək vətəndaşların real sayı daha çox ola bilər və bu, sadəcə ilk mərhələdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]