ELM VƏ TƏHSİL
İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Koreya Respublikasının “İNHA” ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əlavə sənəd qəbulu elan edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.
İkili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində təhsil dörd il müddətində ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə “İNHA”dakı təhsil ili üçün əlavə olaraq Koreya dili tədris ediləcək.
İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:10]
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
- 06.05.2024 [18:07]
ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi
- 06.05.2024 [17:43]
ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir
- 06.05.2024 [17:06]
Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib
- 06.05.2024 [17:05]
BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub
- 06.05.2024 [17:02]