Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev - xalqın lideri, millətin qüruru, dövlətin dayağı

İlham Əliyev - xalqın lideri, millətin qüruru, dövlətin dayağı

Bakı, 27 oktyabr, AZƏRTAC

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı öz gələcəyini İlham Əliyevə etibar edərək onu Prezident seçəndə həm də Ulu Öndər Heydər Əliyevin xalqa müraciətini dəstəkləyirdi. Ulu Öndər prezident seçkiləri ərəfəsində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən 20 ilin sosial-siyasi, hərbi-iqtisadi, elmi-mədəni yüksəlişini göz önünə gətirəndə, Azərbaycan Respublikasının dünya dövlətləri cərgəsində indiki mövqeyini görəndə bu sözlərin nə qədər uzaqgörənliklə söylənildiyinə bir daha əmin oluruq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan söyləyib. O deyib: “Azərbaycan xalqı o vaxt öz tarixi seçimini düzgün müəyyənləşdirdiyi üçün bu gün ölkəmiz haqlı olaraq beynəlxalq aləmdə sabitlik və inkişafın qibtəolunacaq ünvanına, ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk dövlət kimi mübarizlik simvoluna çevrilib”.

İctimai-siyasi və sosial-iqtisadi yüksəliş

Knyaz Aslan qeyd edib ki, hələ 20 il əvvəl dünyada baş verən geosiyasi tendensiyaları aydın görən, bölgədə maraqları olan yaxın və uzaq hegemon ölkələrin Cənubi Qafqazla bağlı məkrli planlarını dərindən anlayan Prezident İlham Əliyev Azərbaycan Respublikasının strateji istiqamətini düzgün müəyyənləşdirməklə müstəqil dövlətimizi və milli dövlətçiliyimizi qətiyyətlə qorumağı bacardı. Dövlət başçısı güclü iqtisadiyyat yaratmaqla, müasir silahlarla təchiz olunmuş peşəkar və nizamlı ordu qurmaqla, beynəlxalq müstəvidə həyata keçirdiyi layihələrlə zaman-zaman regionun liderinə və qlobal siyasətin söz sahibinə çevrilə bildi, Azərbaycanın dünya miqyasında öz layiqli yerini tutmasına nail oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda siyasi, iqtisadi, sosial islahatların ardıcıl həyata keçirilməsi, regionların inkişafı üzrə dövlət proqramlarının icra edilməsi, paytaxt Bakı ilə ölkənin digər regionları arasında infrastrukturun inkişafındakı disbalansın aradan qaldırılması ən mühüm prioritetlərə çevrildi. Bu baxımdan dövlət başçısının neft sektorundan gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına istiqamətlənməsini nəzərdə tutan neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın təsdiqləməsi əhəmiyyətli rol oynadı.

Sonrakı illərdə Azərbaycanda 2 milyondan çox iş yeri açıldı, yüzlərlə yeni sənaye sahələri yaradıldı, kənd təsərrüfatının vaxtilə bərbad vəziyyətə düşmüş ənənəvi sahələri bərpa edildi, yoxsulluq demək olar ki, aradan qaldırıldı, əhalinin həssas qrupları üçün çoxsəviyyəli sosial dəstək sistemi tətbiq edildi.

Azərbaycanda digər sahələrlə yanaşı, təhsilin inkişafına göstərilən diqqət ayrıca vurğulanmalıdır. Ötən illərdə Bakıda və bölgələrdə 3 mindən çox məktəb və digər mühüm sosial infrastruktur obyektləri tikilib istifadəyə verilib ki, bu, Azərbaycan dinamik inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu əyani şəkildə təsdiqləyir.

Prezidentin və ölkənin beynəlxalq imici

BDU-nun kafedra müdiri vurğulayıb ki, Azərbaycanda iqtisadi göstəricilərin artımı həm daxili siyasi sabitliyi möhkəmləndirdi, həm də ölkənin beynəlxalq nüfuzunu gücləndirdi. Təbii ki, dövlətin iqtisadi dayanıqlığı Azərbaycanın beynəlxalq münasibətlərdə strategiyasının müəyyənedici xüsusiyyətinə çevrildi.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanması və milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın keyfiyyətcə yüksəlişi Azərbaycanın beynəlxalq arenada böyük uğurlar qazanması üçün yaşıl işıq yandırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum kimi irimiqyaslı əsas ixrac boru kəmərlərinin istifadəyə verilməsi mühüm nailiyyətlər sırasına həkk olundu və ölkəmizin beynəlxalq imicini xeyli yüksəltdi.

Azərbaycan qitənin ən iddialı layihələrindən birini - “Cənub Qaz Dəhlizi”ni reallaşdırmaqla faktiki olaraq Avropanın enerji xəritəsini yenidən cızmağı bacardı. Bir sıra xarici mütəxəssislər bu layihənin tikilib işə salınmasının qeyri-mümkün olacağını proqnozlaşdırsalar da, Azərbaycan bunun əksini sübut edərək qlobal bazarlarda öz mövqeyini xeyli möhkəmləndirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasət mövqelərini möhkəmləndirə bildi. Bircə fakt: 2011-ci ildə Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki il ərzində dünyanın aparıcı dövlətləri ilə bərabərhüquqlu əsaslarla üzərinə düşən vəzifələri uğurla yerinə yetirdi. Bu hadisə ölkəmizin və onun rəhbərinin dünya miqyasında nüfuzunun artmasının ən mühüm təsdiqi oldu.

Prezident İlham Əliyevin sayəsində 2019-cu ildə isə Azərbaycan yekdilliklə dünyada ikinci ən böyük qlobal strukturun - Qoşulmama Hərəkatının sədri seçildi. Azərbaycanın Qoşulmama Hərəkatının dirçəlişindəki rolu yüksək qiymətləndirildiyinə görə təşkilat ölkəmizin sədrlik müddətini daha bir il uzatdı.

Prezident İlham Əliyevin idarəçilik keyfiyyətləri və liderlik xüsusiyyətləri bir çox ölkələrin başçıları tərəfindən örnək kimi qarşılandı.

Xalq, dövlət, bayraq sevgisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il iyulun 5-də Bakıda keçirilmiş Dünya azərbaycanlılarının III qurultayındakı nitqində deyirdi: “İqtisadi cəhətdən indi Ermənistan ilə Azərbaycan müqayisə edilə bilməz. Bu tam başqa, necə deyərlər, çəki dərəcələridir. Siyasi proseslərə təsir imkanları baxımından da Azərbaycan daha əlverişli mövqedədir. Çünki həm coğrafi baxımdan, həm gördüyümüz işlər, infrastruktur, enerji siyasəti, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və Azərbaycanın rolu, əlbəttə ki, siyasi cəhətdən də çəkimizi daha da artırır. Mən şübhə etmirəm ki, bütün bu amillər, üstəgəl Azərbaycan Ordusunun güclənməsi nəticəsində biz Dağlıq Qarabağ münaqişəsini həll edə biləcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bərpa ediləcəkdir”.

Bəli, o gün yetişdi!.. Prezident İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə otuzillik erməni işğalına son qoyuldu, 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan tarixi ərazisi olan Qarabağ bölgəsinə nəzarəti bərpa edə bildi.

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi.

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi bir sənədi - müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladılar.

2023-cü il oktyabrın 15-də - prezidentliyinin 20-ci ilinin tamam olduğu bir gündə Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində dalğalandırdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu fakt həm də milli dövlətçilik tarixində Sovet İttifaqının dağılmasından sonra ərazi bütövlüyümüzün bərpası, Qələbəmizin tam təmin və rəsmi təsdiq olunması kimi yaddaşımıza həkk edildi.

Ali Baş Komandan İlham Əliyev Xankəndidəki çıxışında xüsusi vurğuladı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Prezident İlham Əliyev son otuz ildə azərbaycanlıların bir neçə-neçə nəslin faciəsinə səbəb olan Qarabağ problemini hərbi və diplomatik yolla həll etməyə nail oldu. İndi həyatda yaşayan, bu şanlı günlərin şahidi olan keçmiş qaçqın və köçkünlər, onların övladları və nəvələri işğaldan azad edilmiş doğma torpaqlara qayıdırlar. İndi Qarabağ və Şərqi Zəngəzur yenidən doğulur, dəyişir, dirçəlir, xarabalıqlardan cənnətə çevrilir.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bir zamanda Prezident İlham Əliyevin siyasi və hərbi fəaliyyətinin ən möhtəşəm uğuru Azərbaycan Silahlı Qüvvələrinə qətiyyətli və məqsədyönlü rəhbərliyi nəticəsində Qarabağı işğalçılardan təmizləməsi, respublikamızın ərazi bütövlüyünü bərpa etməsi, Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya göstərməsi, cəmiyyətin milli ləyaqətini yeni keyfiyyət mərhələsinə qaldırması, ölkənin və xalqın nüfuzunu yüksəltməsi ilə bağlıdır.

Dahi şair Nizami Gəncəvi hələ XII əsrdə yazırdı ki, hökmdarın ədaləti, yürütdüyü düzgün daxili və xarici siyasət xarabalığa çevrilmiş dünyanı yenidən abadlığa döndərər:

Əgər sən şahsansa, şahlıq mülkünü abad et,

Əgər gövhərsənsə, ilahi tacını abad et.

Bu baxımdan ata nəsihətini əsl oğul ləyaqəti ilə yerinə yetirən Prezident İlham Əliyev çağdaş Azərbaycanın tarixinə öz adını hər zaman parlayacaq qızıl hərflərlə həkk etməyi bacardı: geniş dünyagörüşünə, hərtərəfli biliyə, yüksək mədəniyyətə, əvəzsiz idarəçilik qabiliyyətinə malik inamlı ölkə rəhbəri, dünya miqyasında şəksiz qəbul olunan səriştəli siyasətçi, döyüşkən, əzmkar, rəşadətli Silahlı Qüvvələr yaradan Ali Baş Komandan kimi!..”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər