İlin ən irimiqyaslı musiqi gecəsində qatarların hərəkət vaxtı uzadılacaq
Bakı, 26 iyul, AZƏRTAC
"Bakı Metropoliteni" QSC iyulun 27-də dünyaşöhrətli ifaçı Castin Timberleykin Bakı Olimpiya Stadionunda keçiriləcək konserti ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
Bakı metrosundan AZƏRTAC-a bildirilib ki, tədbirin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək açıq olacaq. Məqsəd konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyata çıxışını asanlaşdırmaq, onları mənzilbaşına rahat və təhlükəsiz çatdırmaqdır.
Konsert məkanına rahat gediş-dönüş üçün iştirakçılara “Koroğlu” stansiyasının 3-cü və 4-cü çıxışlarından istifadə etmək tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]