İLİN İLK ÇEK HƏRRACI FEVRALDA KEÇİRİLƏCƏKDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 7-11-də bu ilin ilk ixtisaslaşdırılmış çek hərracı keçiriləcəkdir. Hərraca 10 səhmdar cəmiyyətinin səhmləri çıxarılacaqdır. Hərracda iştirak etmək üçün sifarişlərin qəbulu İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzində, eləcə də onun Gəncə, Şumqayıt, Lənkəran və Əli Bayramlı zona bölmələrində aparılır. Səhmdar cəmiyyətlərinin özəlləşdirmə planları ilə Auksion Mərkəzində tanış olmaq mümkündür. Hərraca çıxarılmış səhmdar cəmiyyətlərinin siyahısı və onların nizamnamə kapitalı haqqında məlumat mətbuatda dərc olunmuşdur.
Xatırladaq ki, özəlləşdirmə başlanandan indiyədək keçirilmiş 89 çek hərracında 1364 səhmdar cəmiyyətinin səhmləri satılmışdır. Bu müddət ərzində əhaliyə paylanmış dövlət özəlləşdirmə çeklərinin 14 milyon ədədi (44 faizi) silinmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]