İlin sonuna kimi Türkiyə-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Bakı, 3 noyabr, AZƏRTAC
Cari ilin sonuna qədər Türkiyə-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan deyib.
O bildirib ki, həmçinin ilin sonuna kimi Çin, Rusiya, İtaliya, Bolqarıstan, Macarıstan, Belçika, Finlandiya, Seneqal və Efiopiya ilə də hökumətlərarası komissiyaların iclaslarının keçirilməsi planlaşdırılır.