İməcilik çərçivəsində Qaradağ rayonunda 600 ağac əkilib
Bakı, 30 mart, AZƏRTAC
Bakının Qaradağ rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ətraf mühitin mühafizəsi və sağlam təbii şərait yaradılması, yeni yaşıllıq zolaqlarının salınması sahəsində ardıcıl iş aparılır. Bu məqsədlə martın 30-da rayonda növbəti iməcilik keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarında 600 ədəd şam, kiparis və yerli iqlim şəraitinə uyğun müxtəlif növ həmişəyaşıl ağac əkilib.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində təşkil edilən aksiya davamlı xarakter daşıyacaq, əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi quraşdırılacaq və yaşıllıqlara lazımi aqrotexniki qulluq göstəriləcək.
Yaşıllaşdırma tədbirləri rayonun digər qəsəbələrini də əhatə edəcək, Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyu çoxlu ağac əkiləcək.