İmişli və Balakən rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
Bakı, 11 mart, AZƏRTAC
Martın 10-da saat 15 radələrində İmişli rayonunun Cəfərli kənd sakini Y.Əliyev yolu keçərkən həmkəndlisi Ş.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Ölümlə nəticələnən daha bir hadisə Balakən rayonunda baş verib. Həmin gün saat 22 radələrində rayonun Püştətala kənd sakini S.Alqayev idarə etdiyi “Ford” markalı avtomobillə yolun hərəkət hissəsində at sürən Kortala kənd sakini E.Abdullayevi vurub. E.Abdullayev hadisə yerində ölüb.
Hər iki hadisə ilə əlaqədar təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]