İmişlidə “Dəmir yumruq” sənədli filminin təqdimatı keçirilib
İmişli, 28 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişli “ASAN xidmət” mərkəzində “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmi İmişli Rayon İcra Hakimiyyətinin və İmişli "ASAN xidmət" mərkəzinin əməkdaşları izləyiblər.
Filmdə Azərbaycanda yaşayan bütün millətlərin övladlarının bu torpağı öz Vətəni saymaları və Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi göstərilir.
Qeyd edək ki, sözügedən sənədli film karantin rejiminin qaydalarına riayət olunmaqla nümayiş etdirilib.