İmişlidə son illər istixana şəraitində yetişdirilən bitkilərin əkininə maraq artıb
İmişli, 6 aprel, Mahir Babayev, AZƏRTAC
İmişlidə son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan imişlili fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixanalarda pomidor yığımına başlanılıb. Tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir. Sahibkar Səlahət Qafarov bildirib ki, indiyədək 18 tondan çox məhsul tədarük edərək yerli bazarlara göndərib: “Hələ istixanada məhsulumuz çoxdur. Hesablamama görə bundan sonra bazarlara daha 50-55 ton pomidor göndərə biləcəyəm”.
Qeyd edək ki, İmişlidə 7,6 hektar ərazisi olan 7 istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuzikilər, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar da yaradılır. Yaxın vaxtlarda bu komplekslərdə də tərəvəz yetişdirilməsinə başlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]