İmran Xan: Kəşmir problemini həll edəcək siyasətçi Nobel sülh mükafatına layiqdir
Bakı, 4 mart, AZƏRTAC
Pakistanın Baş naziri İmran Xan rəhbərlik etdiyi hökumətin onun namizədliyini Nobel sülh mükafatına irəli sürməsi məsələsinə münasibət bildirib: “Hesab edirəm ki, mən bu mükafata layiq deyiləm. Məhz Kəşmir xalqının mənafeyinə uyğun olaraq bu problemini həll edəcək siyasətçi Nobel sülh mükafatına layiq olacaq”.
AZƏRTAC “Dawn” agentliyinə istinadla xəbər verir ki, İmran Xan özünün Twitter səhifəsində daha sonra yazıb: “Kəşmir problemi oradakı əhalinin iradəsinə uyğun həll olunmalıdır. Bu, regionda da sülhün və sabitliyin bərqərar olmasına kömək edəcək”.
Baş nazirin tərəfdaşları hesab edirlər ki, onun hindistanlı pilotu azad etməsi və dəfələrlə Dehliyə problemin sülh və danışıqlar yolu ilə həlli təklifi Nobel mükafatına layiqdir. Hökumətin Twitter səhifəsində imzatoplama kampaniyasında 300 mindən çox insan İmran Xanın namizədliyini dəstəkləyib. Onların Baş nazirdən razılıq tələb etdikləri bir şəraitdə İmran Xan təvazökarlıqla namizədliyinin irəli sürülməsindən imtina edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]