İMTAHANIN İKİNCİ MƏRHƏLƏSİ NOYABRIN 26-DA KEÇİRİLƏCƏKDİR
Ədliyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hakimliyə namizədlərin test imtahanının ikinci mərhələsi noyabrın 26-da Bakı İdman Sarayında keçiriləcəkdir. Hakimlərin Seçki Komitəsi bununla bağlı bütün hazırlıq işlərini başa çatdırmışdır.
İmtahanda vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi ilə bağlı sentyabrın 18-də keçirilmiş test imtahanında 60 və daha artıq bal toplayaraq ikinci mərhələyə buraxılmış 223 namizəd iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]