İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SUSİLO BAMBANQ YUDHOYONOYA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin bütün sahələrdə genişlənməsi xalqlarımız üçün daim faydalı olacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2007-ci il.