İndoneziyada qəzaya uğramış hərbi təyyarənin pilotu sağdır
Tokio, 16 iyun, AZƏRTAC
İndoneziyanın Sumatra adasında qəzaya uğramış hərbi-hava qüvvələrinə məxsus “Hawk 209” hərbi təyyarəsinin pilotu sağdır və hərbi hospitala yerləşdirilib.
AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, iyunun 15-də yerli vaxtla səhər saatlarında Sumatra adasının mərkəzi hissəsində qəzaya uğrayan təyyarənin pilotu vaxtında katapultadan istifadə etdiyinə görə sağ qalıb. Bu barədə İndoneziya hərbi-hava qüvvələrinin mətbuat xidmətinin rəhbəri Facar Adriyanto məlumat verib.
Bildirilir ki, təlim uçuşlarını həyat keçirdikdən sonra Rusmin Nuryadin bazasına qayıdan təyyarə Kubanq Caya kəndinə düşüb. Kənd sakinlərinin bildirdiyinə görə, təyyarə qəzaya uğramazdan əvvəl göydə bir neçə partlayış səsi eşidilib. Hərbi təyyarə kənd məktəbinin yaxınlığındakı evlərin üstünə düşdükdən sonra yanğın baş verib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı qeyd edilir.
Hazırda təyyarənin pilotunun hərbi-hava qüvvələrinin yerli hospitalında həkimlərin nəzarəti altında olduğu bildirilir.
Hakimiyyət orqanları qəzanın baş verməsi səbəblərini araşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]